- Baxış sayı: 42
- 04 Noyabr 2024 15:39
- Baxış sayı: 230
- Noyabr 04, 2024
- 0
Yeniyetmələrin Avropa olimpiya festivalı proqramına daxil olan növlərdən biri də həndboldur. Əl topu ölkəmizdə hələ sovetlər dönəmindən məşhurdur. Bu idmanda 3 olimpiya çempionumuz var. O üzdən EYOF-da həndbol yarışı böyük maraq doğuraacaq. Oyunlar «ABU arena» və Bakı idman sarayında keçiriləcək. AHF-nin vitse-prezidenti Orxan Abbasov allsport.az saytına müsahibəsində tamaşaçılara gözəl mübarizə vəd edir.
– Avropa gənclər olimpiya festivalına hazırlıq nece gedir?
– Bildiyiniz kimi, Azərbaycan böyük idman tədbirlərin keçirilmə mərkəzidir. Bu işdə yetərincə təcrübəmiz var. Ona görə bütün idman tədbirlərinə hazırlıq yüksək səviyyədə olur. Yeniyetmələrin Avropa olimpiya festivalında da biz buna əminik. Qeyd etdiyim amil ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi sayəsindədir. Onlara minnətdaram. Həmişə çalışmışıq ki, qarşıya qoyulan tapşırığı yüksək səviyyədə həll edək.
Həndbol oyunları «ABU arena» və Bakı idman sarayında olacaq. Hazırlıq yekunlaşmaq üzrədir. Həndbol federasiyasının əməkdaşları da bu işə cəlb olunublar.
– Durumdan məmnunsunuzmu?
– Əlbəttə, hər şey qaydasındadır, hazır dərəcəsindədir. Hər kəs öz işini layiqincə yerinə yetiir.
– Həm qız, həm də oğlanlardan ibarət yığmalarımız beynəlxalq yarışlarda xoş təsir bağışladılar. Bu sınaqdan nə gözləyirsiniz?
– Komandalarımız mütəmadi olaraq beynəlxalq yarışlarda iştirak edirlər. Onların son çıxışları qənaətbəxşdir. Avropa festivalına çox güclü yığmalar mübarizə aparacaqlar. Rəqiblər ölkə xarici turnirlərdə uğurlu nəticə göstərməklə Bakıya vəsiqə qazanıblar. Biz isə, ev sahibi kimi bura düşmüşük. Çətin olsa da, layiqli müqavimət göstərəcəyik. Almaniya və Danimarka kimi komandalarla oyun bizə təcrübə qazandıracaq.
– Rəhbərlik komandaların qarşısına hansı tapşırıq qoyub?
– Komandalarımızın hələ böyük təcrübəsi yoxdur. Heyət bir ildir qurulub. Bu üzdən, yeniyetmə həndbolçulardan nəsə tələb edə bilmərik. Ən əsası odur ki, onlar layiqli mübarizə aparmalıdırlır.
– Yeniyetmələrdə liqanın yaradılması nəzərdə tutulub. Bu istiqamətdə iş necə gedir?
– Yeni mövsümdə yeni yetmələr liqasının yaradılmasını nəzərdə tutmuşuq. Bu yöndə iş gedir. Çatdırsaq, üzümüzə gələn çempionat, çatdırmasaq, növbəti ildə bunu həyata keçirəcəyik. Federasiyamızın prezidenti Saleh Məmmədov da öz köməyini əsirgəmir. O, həndbolun daha populyarlaşması istiqamətində bütün səyini ortaya qoyur. İnanıram ki, bu idman növü kütləviləşəcək və gələcəkdə yeni istedalı oyunçularımız yetişəcək.
Söhbətləşdi: Kamran HACI