Orxan Cəfərovdan bürünc medal

Antalyada Türkiyə açıq beynəlxalq turniri keçirilib.

Allsport.az xəbər verir ki, ölkəmizi turnirdə K44 kateqoriyasında təmsil edən parataekvondoçumuz Orxan Cəfərov (80 kq) bürünc medal qazanıb.

Yarışa 1/8 finaldan start verən O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də, yarımfinalda mübarizəni dayandırıb.

Turnir Los-Anceles-2028 yay paralimpiya oyunlarına reytinq xalları qazandırıb.

Həmin kateqoriyadan