- Baxış sayı: 40
- 09 Oktyabr 2024 23:31
- Baxış sayı: 88
- Oktyabr 10, 2024
- 0
“Sumqayıt” premyer liqanın 5-ci turunda evdə “Araz-Naxçıvan”a 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov bunu söyləyib:
“Oyun elə formada gedirdi ki, sanki ya heç-heçə olacaq, ya da qol vuran udacaq. Meydanda mübarizə var idi. Çalışdıq ki, geri düşəndən sonra oyunu ələ alaq. Ötən il də vəziyyətimiz bu cür idi. Yeni transferlər uyğunlaşma problemləri yaşayır. Yəqin, milli fasilə bizə kömək olacaq ki, daha yaxşı ola bilək. Qarşıdakı oyunlara baxacağıq”.