- Baxış sayı: 19
- 06 Dekabr 2024 11:53
- Baxış sayı: 94
- Dekabr 05, 2024
- 0
Bü gün “Keşlə” Türkiyə toplanışında növbəti yoxlama matçını keçirib. Alsport.az saytı xəbər verir ki, super liqa təmsilçisi “Rizəspor”la görüş rəqibin 3:0 qələbəsi ilə bitib. Baş məşqçisi Tərlan Əhmədov yenilgini belə şərh edib:
“Maraqlı və gərgin oyun alındı. Rəqibimiz Türkiyənin super liqa təmsilçisi idi. Güclü və hazırlıqlı komandaya qarşı yaxşı oyun nümayiş etdirdik. İlk hissədə baxışda olan 2 futbolçunu meydana buraxmışdıq. Buna baxmayaraq, komanda inamlı oynadı, xətlər arasında anlaşma yaxşı səviyyədə idi və bu, bizi sevindirir.
Bu matçda komanda ötən oyunla müqayisədə daha yaxşı təsir bağışladı və oyun baxımından müsbət irəliləyişlər var. Onu da qeyd etmək istəyirəm ki, hər iki hissədə oyunda hesabı aça bilərdik, bəzi epizodlarda qapı dirəyi rəqibi qoldan xilas etdi, eyni zamanda, təkbətəkdən də yararlana bilmədik.
Amma buraxılan kiçik səhvlər qapımıza vurulan qollarla nətiləndi. Buna baxmayaraq, ümumilikdə komandanın nümayiş etdirdiyi oyundan razı qaldım”.