- Baxış sayı: 13
- 30 Noyabr 2023 15:56
- Baxış sayı: 36
- Noyabr 30, 2023
- 0
Allsport.az xəbər verir ki, Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov millətlər liqasında bu gün “Dalğa arena”da Kiprə qarşı matç (1:1) haqqında fikirini bölüşüb:
“İlk oyun həmişə çətin olur. Futbolçularda həyəcan var idi. Məqsədimiz qələbə qazanmaq idi. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Rəqib də bizim bir səhvimizdan maksimum istifadə edib qol vurdu. Oyundan razı qaldığımı deyə bilmərəm.
Növbəti oyunu səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyik. Bu görüşü analiz edib buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq. Psixoloji cəhətdən də yaxşı hazırlaşmalıyıq. Monteneqro tam fərqli bir komandadır, keyfiyyətli oyunçuları var. Məqsədimiz səfərdən xalla qayıtmaqdır”.