Öz rekordunu təzələdi

“Qarabağ” cari mövsümdə 10-cu dəfə böyük hesabla qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, 16-cı turdan təxirə salınan “Sumqayıt”la oyunda olub. 5:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası, bunadək keçirilən 25 matçda 9 dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib.

Ağdam klubu premyer liqada bütün rəqibləri ilə görüşlərdə belə qələbə əldə edib. “Qarabağ” “Neftçi” (4:0), “Zirə” (3:0), “Qəbələ” (5:1), “Sabah” (5:1) və “Şamaxı”nı (8:0) bir, “Səbail”i (3:0, 5:1) iki, “Sumqayıt”ı (4:0, 3:0, 5:0) üç dəfə böyük hesabla üstələyib.

Bu, son 8 mövsümün rekord göstəricisidir. Daha çox böyükhesablı qələbəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 11 belə nəticəyə imza atıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish