- Baxış sayı: 36
- 18 İyul 2025 22:16
- Baxış sayı: 209
- İyul 17, 2025
- 0
“Roma”nın hücumçusu Eldar Şomuradov karyerasını ABŞ-da davam etdirə bilər.
Allsport.az xəbər verir ki, Özbəkistan millisinin futbolçusu adı açıqlanmayan MLS klubundan təklif alıb. Bildirilir ki, 29 yaşlı oyunçu müqaviləni uzatmaq üçün maaşını azaltmağa hazır olsa da, “Roma” onu satmaq istəyir.
Eldarın paytaxt təmsilçisi ilə sözləşməsi gələn yay başa çatır.
Şomuradov ötən mövsüm “A” seriyasında 27 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.