- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 213
- İyul 17, 2025
- 0
Özbəkistanın Nəməngan şəhərində yunan-Roma və sərbəst güləş üzrə qran-pri keçirilib.
Allsport.az xəbər verir ki, yarışda böyük məşqçi Cəbrayıl Həsənovla məşqçi Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləş üzrə milli komandanın bir neçə üzvü təmsil edib. Güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Arseniy Cioyev (86 kq) və bu il ilk yarışına çıxan Maqomedxan Maqomedov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ağanəzər Novruzovla (74 kq) finalda zədəyə görə güləşməyən Giorgi Meşvildişvili (125 kq) gümüş, Hacımurad Ömərov (74 kq) isə bürünc medalı boynundan asıb.