- Baxış sayı: 42
- 14 Fevral 2025 20:33
- Baxış sayı: 48
- Fevral 14, 2025
- 0
Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq toplanışında 120-dən artıq idmançı iştirak edir. Allsport.az saytı xəbər verir ki, Özbəkistan millisinin baş məşqçisi, olimpiya və 3-qat dünya çempionu İlias İliadis birgə hazırlığı yüksək qiymətləndirib:
“Azərbaycanın yığması dünyanın ən güclülərindən biridir. Onlarla və digər ölkələrin idmançıları ilə birlikdə dünya çempionatına hazırlaşmağımız bizim idmançılar üçün çox faydalı olacaq. Komandamızı Azərbaycana dəvət etdiyi üçün ACF-ə dərin təşəkkürümü bildirirəm”.
Təlim-məşq toplanışı sentyabrın 3-nə qədər davam edəcək.