Ozobiçlə müqavilə yenilənmədi

“Neftçi” futbolçusu Filip Ozobiçlə başa çatan müqaviləni yeniləməyib.

Allsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Ağ-qaralar” 34 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb.

2023-cü ilin yayından “Neftçi”də çıxış edən Filip Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.

Həmin kateqoriyadan