Panamalı qapıçı ölkəmizdən təklif alıb

Türkiyənin 1-ci liqa klubu “Boluspor”un qapıçısı Orlondo Moskera karyerasını Azərbaycanda davam etdirə bilər. Allsport.az xəbər verir ki, panamalı qolkiperin agenti Tekin Birinci müştərisinin Azərbaycandan təklif aldığını açıqlayıb:

“Azərbaycandan güclü bir klub əlaqə saxladı və Orlondo ilə maraqlandı. Mən də hazırda futbol haqqında danışılacaq vəziyyətin olmadığını dedim”.

25 yaşlı qapıçı 2020-ci ilin yanvarında Panamanın “Tauro” klubundan “Boluspor”a keçib.

Həmin kateqoriyadan