- Baxış sayı: 57
- 16 Sentyabr 2024 20:44
- Baxış sayı: 30
- Sentyabr 20, 2024
- 0
11-13 mayda Bakıda keçiriləcək para-cüdo üzrə qran-prinin qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan “Cırtdan”ın kimonoda olan fiquru hədiyyə ediləcək.
Allsport.az saytı xəbər verir ki, əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib. O, öz əl işini ARMPK-nın rəhbərliyinə təqdim edib. O, qalib idmançı üçün “Cırtdan” fiqurunu hazırlaya biləcəyini söyləyib.
ARMPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin onun tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyi ilə xanım həmin hədiyyədən 70 ədəd hazırlayacaq.
Tokio-2020 paralimpiya oyunlarına lisenziya xalı qazandıran yarış şəhərimizdə ilk dəfə keçiriləcək. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.