- Baxış sayı: 91
- 25 Sentyabr 2023 10:23
- Baxış sayı: 46
- Dekabr 05, 2023
- 0
Milli paralimpiya komitəsinin nəzdindəki uşaq paralimpiya bölməsinə 6-16 yaş qrupları üzrə uşaqların qəbulu davam edir. Allsport.az xəbər verir ki, həmin uşaqla adları göstərilən idman növləri üzrə seçilir:
– Cüdo ( görmə məhdudiyyətli)
– Atletika ( görmə məhdudiyyətli, uşaq serebral iflici,aşağı ətrafların
atrofiyası və ya amputasiyası)
– Taekvando ( yuxarı ətrafların atrofiyası və amputasiyası)
– Üzgüçülük ( görmə məhdudiyyətli,aşağı və yuxarı ətrafların atrofiyası
və ya amputasiya, uşaq serebral iflici, boy inkişafından qalma)
– Boccia ( uşaq serebral iflici,miopatiya)
– Stolüstü tennis ( uşaq serebral iflici)
– Pauerliftinq ( aşağı ətrafların atrofiyasıvə ya amputasiyası, boy
inkişafından qalma)
– Qolbol ( görmə məhdudiyyətli)
Əlaqələndirici şəxs: 012-441-28-81, 055-500-43-76.