- Baxış sayı: 69
- 14 Sentyabr 2024 16:10
- Baxış sayı: 67
- Oktyabr 11, 2024
- 0
Sentyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov, Paris-2024 XVII yay paralimpiya oyunlarında ölkəmizi təmsil etmiş milli komandanın idmançı və məşqçi heyəti ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasında təşkil edilən görüşdə nazir Fərid Qayıbov idmançıları salamlayaraq, onları nailiyyətlər münasibətilə təbrik edib. Nazir çıxışında Azərbaycan xalqının paralimpiyaçılarımızla qürur duyduğunu və onların qazandıqları uğurların əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə təkan verəcəyinə inandığını vurğulayıb.
Görüşdə Parisdə medal qazanmış paralimpiyaçılarımızın çıxışlarının ən maraqlı anlarını əks etdirən videoçarx nümayiş edilib. Sonra nazir müavini Mariana Vasilyeva, Milli paralimpiya komitəsinin prezidenti Hidayət Abdullayev və komitənin vitse-prezidenti, Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək qazanılmış nəticələrlə bağlı milli komandanı təbrik edib, növbəti paralimpiya oyunlarında uğurlar arzulayıblar.
Tədbir idmançılarla səmimi söhbət şəraitində davam edib. Görüşdə dövlətimizin başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən paralimpiyaçılarımıza daimi dövlət dəstəyi göstərildiyi və bu qayğı nəticəsində komandamızın Parisdə uğurla çıxış etdiyi vurğulanıb. Parisə 18 nəfərlə yollanan komandamız 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 11 medal qazanıb.
Paralimpiyaçılarımızdan İmaməddin Xəlilov, Sabir Zeynalov (hər ikisi – parataekvondo), Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov (paraatletika), İlham Zəkiyev, Dürsədəf Kərimova, Xatirə İsmiyeva (paracüdo), Vəli İsrafilov, Könül Süleymanova (paraüzgüçülük), Kamran Zeynalov (paraatıcılıq) çıxış edərək, öz təəssüratlarını bölüşüblər. 2028-ci ildə Los-Ancelesdə keçiriləcək növbəto paralimpiya oyunlarında daha da uğurla çıxış etmək üçün çalışacaqlarını bildiriblər.