- Baxış sayı: 79
- 16 Sentyabr 2024 20:44
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Polşanın Bıdqoş şəhərində keçirilən açıq Avropa çempionatında paralimpiya komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uğurlu çıxış edib. Allsport.az xəbər verir ki, o, uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək, qızıl medalı qazanıb.
Atletika idman növü üzrə daha bir idmançımız, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək, gümüş medalın sahibi olub
Beləliklə, millimizin çempionatda qazandığı medalların sayı 3-ə çatıb. Daha öncə T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc medal qazanıb.