“Parisdə bu yanaşma öz nəticəsini verdi”

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan komandasının baş məşqçisi və performans direktoru Riçard Trautman 2024-cü il Paris yay olimpiya oyunlarında əldə edilən inanılmaz uğurlar barədə fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə Monteneqronun paytaxtı Podqoritsada Avropa çempionatına həsr olunmuş mətbuat konfransında açıqlama verib:

“İlk başladığım vaxtlar asan deyildi, hər şey alışdığım mühitdən fərqli idi. Lakin zamanla eyni istiqamətə addımlayan böyük arzuları və nəhəng potensialı olan güclü bir komanda formalaşdıra bildik. Sadəcə düzgün idmançıları tapmaq, onlara dəqiq bir konsept və ümid vermək lazım idi. Parisdə bu yanaşma öz nəticəsini verdi. İndi isə növbəti hədəf – qadınlardan ibarət komandamızı da kişilər qədər güclü səviyyəyə çatdırmaqdır”.

Mətbuat konfransından sonra EJU prezidenti Laslo Tot tərəfindən Riçard Trautmana yorulmaz əməyi, işinə sadiqliyi və cüdodakı nailiyyətlərinə görə xüsusi xatirə lövhəsi təqdim edilib.

Həmin kateqoriyadan