Paytaxtda WADA-nın iclası öz işinə başlayıb

Dünəndən etibarən Bakıda WADA-nın təsisçilər şurasının və icraiyyə komitəsinin iclasları öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridi, baş direktoru Olivier Niggli və digər qonaqlar iştirak edirlər. Yığıncaqla ötən ilin hesabatları dinlənilir, eyni zamanda, 2019-cu ilin noyabr ayında Polşada gerçəkləşəcək idmanda dopinq dünya konfransına prezident və vitse-prezident vəzifələrinə seçim qaydaları müzakirə olunur.

Şura üzvləri diqqətlərini ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartlara riayət edilməsi ilə bağlı məlumatlara yönəldirlər. Bunun ardınca, WADA-nın müstəqil normalara riayət edilməsi komitəsinin rəhbərlərinin çıxışları, riayətlərə əməl edilməsi istiqamətində qəbul edilmiş qərarlar haqqında yeni məlumatları dinləniləcək.

Bununla yanaşı, iclaslardaWADA daimi komitə sədrləri tərəfindən maliyyə, idmançılar, səhiyyə, tibb və araşdırma, təhsil və digər sahələrdə görülməkdə olan işlərə baxılacaq. İclas bu gün öz işini yekunlaşdıracaq.

Həmin kateqoriyadan