Paytaxtda xeyriyyə məqsədi ilə 2-ci “Qələbə qaçışı”

Noyabrın 6-da gənclər və idman nazirliyi müzəffər Azərbaycan ordusunun 2-ci Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” tədbir təşkil edəcək. Allsport.az saytı xəbər verir ki, ilk belə xeyriyyə addımı ötən il noyabrın 9-da keçirilmişdi.

“Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı, xeyriyyə məqsədilə 20 manat iştirak haqqı ödəməlidir. Toplanan vəsait şəhid ailələrinə xeyriyyə məqsədilə sərf ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları dənizkənarı milli parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 3 müxtəlif (3 km, 5 km, və 10 km) məsafəni əhatə edəcək və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa bilərlər.

Qaçış çərçivəsində urban (şəhər) idmanı ustad dərsləri və maraqlı digər tədbirlər təşkil ediləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish