Pele ilə vida mərasimi

Ötən gün dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu mərasim “Santos” futbol klubunun San Pauluda yerləşən stadionunda olacaq.

Allsport.az saytı xəbər verir ki, dekabrın 23-ündən onun səhhətinin pisləşməsindən sonra, anım tədbirinin təşkili üçün avadanlıqlar idman qurğusuna gətirilməyə başlanılıb. Mərasimin gün yarım davam edəcəyi gözlənilir. O, yanvarın 3-də dəıfn olunacaqş

Xəstəlik 2021-ci ilin payızında Peledə aşkarlanıb. Bundan sonra 82 yaşlı braziliyalı kimyaterapiyadan keçib, lakin sonradan orqanizm buna cavab verməyib.

1940-cı il təvəllüdlü “Futbol kralı” yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur. Pele karyerası ərzində 1279 qolla “Ginnessin rekordlar kitabı”na düşüb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish