Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində airbadminton turniri

Bu gün 2 və 17 saylı cəzaçəkmə müəssisələrində açıq havada airbadminton turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, I, II və III yerin qaliblərinə diplomlar, cəzaçəkmə müəssisələrində məhkumların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.

Tədbir badminton federasiyasının, ədliyyə nazirliyi penitensiar xidmətin və Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tərəflər arasında imzalanan tədbirlər planına əsasən, cari ilin sonuna kimi müxtəlif cəzaçəkmə müəssisələrində badminton turnirlərin keçirilməsi nəzərdə tutulub. İlk olaraq avqustun 5-də Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində olan yeniyetmələr arasında “İdman Həyatdır” adlı badminton turniri təşkil olunub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish