- Baxış sayı: 33
- 22 Mart 2023 19:20
- Baxış sayı: 159
- Mart 22, 2023
- 0
Erlinq Haalandın het-trik etdiyi matçda “Mançester Siti” – “Bernli”ni 6:0 hesabı ilə məğlub edərək, İngiltərə kubokunun yarımfinalına yüksəlib.
Allsport.az xəbər verir ki, premyer liqa nəhənginin məşqçisi Pep Qvardiola matçdan sonra 63-cü dəqiqədə əvəzlədiyi Haaland haqda yumoristik açıqlama verib.
Mütəxəssis norveçli hücumçunun oyundan çıxarılması ilə bağlı deyib: “Mən bu dəfə Haalandı uzaqlaşdırdım ki, Messinin İngiltərə kubokunda rekordunu qırmasın”.
Fenomen məşqçi bu cavabla hücumçunun “Leyptsiq”ə 5 qol vurduğu matça diqqət çəkib. 22 yaşlı Haaland bu görüşdə daha 1 qol vursaydı, Lionel Messi və Luiz Adrianonu geridə qoyaraq “1 çempionlar liqası matçında ən çox qol vuran futbolçu” olacaqdı. Pepin “Leyptsiq”lə oyunda Haalandı əvəzləməsi də tənqidlərə səbəb olmuşdu.
Bu mövsüm 6-cı dəfə “het-trik” edən norveçli ulduz ümumilikdə 37 oyunda 42 qola vurub.