- Baxış sayı: 41
- 06 Oktyabr 2024 23:13
- Baxış sayı: 93
- Oktyabr 06, 2024
- 0
Bu həftə Joan Laporta və Florentino Peresin ənənəvi naharı baş tutmayacaq. Allsport.az xəbər verir ki, adətən 2 İspaniya nəhənginin prezidentləri “el-klassiko”dan əvvəl görüşürdülər.
Laporta görüşü ləğv etmək qərarına gəlib. Madrid təmsilçisi “Barselona”ya qarşı korrupsiya iddiasına ittihamçı kimi qoşulmaq qərarına gəldikdən sonra Kataloniya klubunun rəhbəri Pereslə ənənəvi görüşdən imtina edib.
Şam yeməyinin ancaq “Real”ın üzr istəməsi şərti ilə olacağı bildirilir. Belə bir ssenariyə inanmaq çətindir.
“Barselona” və “Madrid” əzəli və əsəbi rəqiblər hesab edilsə də, klublar arasında münasibətlər son illərdə, xüsusilə də Avropa superliqası ideyasından sonra istiləşib.
İndi klublar futbol meydanından kənarda düşmənə çevrilmək riski altındadır. Onlar bazar günü la liqanın 26-cı turunda qarşılaşacaqlar.