- Baxış sayı: 44
- 01 Dekabr 2023 18:42
- Baxış sayı: 44
- Dekabr 01, 2023
- 0
Peşəkar idmanla vidalaşmaq istəyənlər yazılı qaydada AMADA-nı məlumatlandırmalıdır. Allsport.az saytı xəbər verir ki, bu sahəni tərk etdikdən sonra, idman karyerasına qayıtmağı planlaşdıran mütləq qaydada qayıdışdan 6 ay öncə AMADA-ya xəbər verməlidir.
İdmançı diskvalifikasiya müddətində idmanı tərk edirsə, cəza müddəti idmanı tərk etdiyi gündən etibarən dondurulur. Yenidən idmana qayıdacağı təqdirdə, mütləq AMADA-nı mətlumatlandırmalıdır və qalan diskvalifikasiya müddətinin tamamlanmasını gözləməlidir (ən az 6 ay olmaq şərti ilə).
İdmançı AMADA-ya yazılı məlumat vermək üçün “idmanı İərk etmə formasını” AMADA-nın vebsaytından yükləyə bilər. Forma yazılı doldurulduqdan və imzalandıqdan sonra adams@amada.az ünvanına və ya AMADA ofisinə göndərməlidir.
“İdmanı tərk etmə forması”nı səhifəmizin başlağında yer alan “İdmançılar üçün Formalar” hissəsindən keçid edərək yükləmək mümkündür.