- Baxış sayı: 36
- 19 Yanvar 2025 23:35
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Allsport.az xəbər verir ki, peşəkar futbol liqasının prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Çex Respublikasına səfər ediblər. Rəsmilər paytaxt Praqada keçiriləcək Avropa peşəkar futbol liqaları (APFL) təşkilatının 46-cı baş assambleyasında iştirak edəcəklər.
Mötəbər tədbirə APFL tərəfindən dəvət olunan Azərbaycan peşəkar futbol Liqasının nümayəndələri burada bir sıra görüşlər də keçirəcək.
1997-ci ildə yaradılmış Avropa peşəkar futbol liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan peşəkar futbol liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür.