PFL və “Araz Naxçıvan” rəsmiləri arasında görüş

Peşəkar futbol liqasının prezidenti Elxan Səmədov, Naxçıvan şəhərinə işgüzar səfər edib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionun 2022/23 mövsümünün ilk turunun “Araz Naxçıvan” – “Qarabağ-2” (5:1) oyununu canlı izləyən qonaq, səfər çərçivəsində Naxçıvan klubunun idarə heyətinin sədr müavini Sakit Rzayev, idarə heyətinin üzvləri Ağazakir Abbasov, Pərviz Abbasov, Tural Hüseynalıyev, Tahir Əliyev, eləcə də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, onun müavini Mirməcid Seyidov, həmçinin “Cahan” holdinqin aparat rəhbəri Azər Cəfərov ilə görüşüb.

Görüşlər zamanı “Araz Naxçıvan” komandasının tarixi, hazırkı durumu və gələcək planları ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, Naxçıvan stadionunda əsaslı yenidənqurma və təmir işləri aparılıb, bu işlər hazırda da davam edir və yaxın günlərdə stadionda yeni, müasir standartlara cavab verən süni işıqlandırma sistemi quraşdırılacaq.

Öz növbəsində, Elxan Səmədov qonaqpərvərliyə görə “Araz Naxçıvan” klubunun rəsmilərinə təşəkkür edib və bu komandanın Azərbaycan futbolunun vacib bir hissəsinə çevriləcəyinə ümidvar olduğunu söyləyib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish