PFL və “Zirə” bir araya gəlib

Peşəkar futbol liqasının idarə heyəti klublarla görüşləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev bu dəfə Zirədə olublar. İdman kompleksinin inzibati binasında “Zirə” klubunun prezidenti Taleh Nəsibov və icraçı direktoru Cahangir Məmmədovun iştirakı ilə görüş keçirilib.

Elxan Səmədov görüşə görə “Zirə” rəsmilərinə təşəkkür edib. Bildirib ki, tanışlıqla yanaşı, əsas məqsəd klubları narahat edən suallara aydınlıq gətirmək, bu barədə qeydlər apararaq araşdırmaq və qısa müddətdə həllinə çalışmaqdır.

“Zirə”nin prezidenti Taleh Nəsibov, öz növbəsində, PFL prezidenti seçilməsi münasibətilə onu bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. O, rəhbərlik etdiyi klubun məqsədinin yarandığı gündən etibarən imkanları çərçivəsində Azərbaycan futboluna maksimum töhfə vermək olduğunu bildirərək, sevindirici məqamın hər zaman təşkilatçı qurumla qarşılıqlı anlaşma çərçivəsində çalışmaları olduğunu qeyd edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish