- Baxış sayı: 1
- 11 Noyabr 2025 17:35
- Baxış sayı: 147
- Noyabr 09, 2025
- 0

“Fiorentina” baş məşqçi Stefano Piolini qovub.
Allsport.az xəbər verir ki, Florensiya təmsilçisinə müvəqqəti olaraq gənclər komandasının məşqçisi Daniele Qalloppa rəhbərlik edəcək.
Əvvəllər “Milan”, “Əl-Nəsr”, “İnter” və “Latsio”da çalışmış Pioli bu il iyulun 12-də “Fiorentina”nın sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda “A” seriyasında 10 oyunda cəmi dörd xal qazanıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.