- Baxış sayı: 29
- 20 İyul 2025 10:24
- Baxış sayı: 129
- İyul 20, 2025
- 0
12 yaşa qədər oğlanlar arasında keçirilən U-12 basketbol liqasında pley-off oyunlarına start verilib.
Allsport.az xəbər verir ki, Bakı idman sarayında keçirilmiş “Naxçıvan” U-12 – “Sərhədçi” U-12 oyununda 40-39 hesablı qələbəyə sevinən tərəf “Naxçıvan” U-12 basketbolçuları olublar. İkinci pley-off oyununda “Sabah” U-12 və “Neftçi” U-12 komandaları üz-üzə gəliblər. Bu oyunda da mübarizə son saniyələrə qədər davam edib. Görüş “Sabah” U-12 komandasının 43-42 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra “Naxçıvan” U-12 və “Sabah” U-12 komandaları yarımfinala vəsiqə qazanıblar. Qeyd edək ki, “Sabah” U-12 yarımfinalda NTD U-12 – “Gəncə” U-12 cütünün qalibi ilə, “Naxçıvan” U-12 isə “Sumqayıt” U-12 – “Abşeron” U-12 cütünün qalibi ilə qarşılaşacaq.