Polad Həşimovun xatirəsinə stolüstü tennis üzrə ölkə birinciliyi

Bu gün şəhid general–mayor Polad Həşimovun xatirəsinə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, Xaçmaz olimpiya idman kompleksində yarışa 2010-cu il təvəllüdlü və daha aşağı yaşda idmançılar qatılıblar. Fərdi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonları təmsil edən stolüstü tennisçilər qələbə uğrunda mübarizə aparırlar.

İyulun 29-da yekunlaşacaq yarışda ilk üç yeri tutan idmançılar Gənclər və İdman Nazirliyinin diplomları və Stolüstü Tennis Federasiyasının qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Birinciliyin keçirilməsində əsas məqsəd şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırılması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsidir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish