- Baxış sayı: 44
- 23 Aprel 2025 19:37
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
II Vətən müharibəsinin iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyi idman növündə mübarizə aparacaq.
Allsport.az xəbər verir ki, Azərbaycan respublikası milli paralimpiya komitəsi tərəfindən dağ xizəyi idman növünə cəlb olunan Rzayev gündəlik məşqlərdə iştirak edir, öz bacarıqlarını inkişaf etdirir.
Paralimpiyaçı həmçinin “Şahdağ” turizm mərkəzinin və qış idman növləri federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev kubokunda da gücünü sınayıb.
Polad Rzayevin yarışlara hazırlığı və beynəlxalq turnirlərdə iştirakı üçün Azərbaycan respublikası milli paralimpiya komitəsi ilə Azərbaycan qış idman növləri federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.
Xüsusi təyinatlı qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev II Vətən müharibəsinin iştirakçısıdır. O, “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.