- Baxış sayı: 15
- 29 Sentyabr 2023 23:51
- Baxış sayı: 15
- Sentyabr 29, 2023
- 0
“Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər. Allsport.az xəbər verir ki, “Poqon” 20 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Polşa təmsilçisi bir müddətdir ki, Musa ilə yaxından maraqlanır. Klub artıq Azərbaycan yığmasının da üzvü olan forvard üçün “Qarabağ”la danışıqları sürətləndirib və razılaşmaya yaxındır.
“Qarabağ” ötən ilin dekabrında Musa Qurbanlı ilə müqaviləni uzatmışdı.
Hücumçu bu mövsüm “atlılar”la premyer liqada 15 oyunda 12 qol vurub.