Portuqaliya “qara ulduzlar”ı güclə yendi

Qətərdə futbol üzrə dünya çempionatı həyacanı davam edir. Allsport.az saytı xəbər verir ki, bu günün “H” qrupunun 2-ci görüşündə Portuqaliya və Qana arasında mübarizə gərginliklə yadda qalıb.

Portəgizlər ilk hissədə afrikalıların müqavimətini qıra bilməyiblər. Hesab 2-ci yarıda açılıb. Amma Qana futbolçuları tezliklə cavab veriblər.

Təzyiqi yenə artıran Kriştianu Ronaldonun komandası oyunun sonuna yaxın daha 2 qol vurub. “Qara ulduzlar” bunlardan yalnız birinin əvəzini çıxı biliblər – 2:3.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish