- Baxış sayı: 187
- 03 İyun 2023 23:30
- Baxış sayı: 187
- İyun 03, 2023
- 0
Portuqaliyanın “Sportinq” klubunun müdafiəçisi Vitorino Antuneş Azərbaycan klublarınının birindən təklif alıb. Allsport.az xəbər verir ki, 34 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanan klubun adı açıqlanmayıb.
Portuqaliya millisində də oynamış futbolçunu Bolqarıstanın “Ludoqorets” və BƏƏ klubları da heyətinə qatmaq arzusundadır.
Təcrübəli futbolçu “Pasuş Ferreyra”, “Roma”, “Leççe”, “Malaqa”, “Xetafe”, “Dinamo” (Kiyev) kimi klublarda çıxış edib. O, başa çatan mövsüm “Sportinq”lə Portuqaliya çempionu olub. Antuneş keçiridiyi 13 oyunda 1 məhsuldar ötürmə edib.