- Baxış sayı: 35
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 108
- Dekabr 12, 2025
- 0

“Turan Tovuz”un üzvü Faiq Hacıyev cərrahiyə əməliyyatı olunub.
Allsport.az xəbər verir ki, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib. İstanbulda Türkiyə xəstəxanasında baş tutan əməliyyatdan 2 gün sonra Hacıyev ev şəraitində mülicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.