- Baxış sayı: 40
- 17 İyul 2025 22:16
- Baxış sayı: 164
- İyul 17, 2025
- 0
Azərbaycan milli karate federasiyasının keçmiş 1-ci vitse-prezidenti Fərid Əsgərov, Prezidentin təhlükəsizlik xidmətinə yeni rəis təyin olunub. Allsport.az saytı xəbər verir ki, o, bu vəzifədə Bəylər Eyyubovu əvəzləyib.
Adı çəkilən şəxs “Paşa Holdinq”də işlədiyi döməmdə, 2017-ci ildə Yaşar Bəşirovun prezidenti olduğu Azərbaycan milli karate federasiyasının 1-ci vitse-prezidenti seçilib. Onun əsas məqsədi Tokio olimpiadasında debüt etməyə çalışan karatenin VKF növünə maliyyə ayırmaq olub. Fərid Əsgərov 2023-cü ilədək bu vəzifədə çalışıb.
Onun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı idman sarayının direktorudur.