“Pünik” – “Srvena Zvezda” oyunda erməni təxribatı ilə bağlı UEFA-ya etiraz məktubu

AFFA, Ermənistanda “Pünik” və Serbiyanın “Srvena Zvezda” komandası arasında çempionlar liqasının 3-cü ələməsinin cavab oyunu zamanı yerli azarkeşlərin təxribatı ilə əlaqədar, UEFA-ya müraciət ünavanlayıb. Allsport.az saytı xəbər verir ki, Avropa futbol qurumunun etika və tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa göndərilən məktubda, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu xatırladılıb.

Təxribat xarakterli mesajlar olan bannerlərin nümayişi UEFA qaydalarının pozulmasıdır və qurumun nizamnaməsinin 16.2.e bəndinə əsasən, bütün assosiasiyalar və klublar bir və ya bir neçə tərəfdarın jestlərdən, sözlərdən, əşyalardan və ya hər hansı digər vasitələrdən istifadə edərək təxribat xarakterli mesaj ötürməsinə görə məsuliyyət daşıyırlar. Məktubda idmanda siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribatlara yer olmadığı qeyd olunub.

AFFA sonda UEFA-dan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib. “Pünik”in 0:2 hesablı məğlubiyyəti ilə başa çatan oyunda erməni millətçiləri tribuna üzərində ingilis dilində “Qarabağ Ermənistandır” və “Kosovo Serbiyadır” sözü yazılmış lövhə asıblar. Həmçinin bir azarkeş meydana çıxaraq erməni dilində “Axavnonu (Laçının Zabux kəndi) vermərik” sözü yazılmış pankart açıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish