Pyer Qasli testlərdən nə dedi?

Allsport.az saytı xəbər verir ki, “Alpin” komandasının pilotu hazırlıqların tam sürətlə davam etdiyini qeyd edib. Pyer Qaslinin fikrincə, kollektiv gərgin çalışsa da, bir neçə gün ərzində çox iş görmək mümkün deyil: ”Qarşıdan gələn mövsüm öncəsi Bəhreyndə 3-günlük gərgin məşqlər keçiridik.

Yeni mövsümə hazır olduğum qədər də həyacanlıyam. Bu həftə yeni komandam və A-523 modeli ilə trasda tanış olmaq fürsətim oldu. Bolidin texniki detallarını sınaqdan keçirməli olduğumuz üçün, zəngin bir proqram hazırlamışdıq.

Kollektiv gərgin çalışsa da, bir neçə gün ərzində çox iş görmək mümkün deyil. Maşını təkmilləşdirməyə davam edəcəyik. Mən bütün kollektivin işindən qürür duyuram. Mövsümün ilk yarışında neçə çıxış edəcəyimizi səbirsizliklə gözləyirəm”.

Həmin kateqoriyadan