- Baxış sayı: 36
- 13 Yanvar 2025 11:20
- Baxış sayı: 144
- Yanvar 15, 2025
- 0
“Qəbələ” klubu açıqlama yayıb. Allsport.az sizi həmin açıqlama ilə tanış edir:
“UEFA Avropa Liqası çərçivəsində keçirilmiş “Qəbələ” – PAOK matçının gec saatlarda başa çatacağını nəzərə alan klubumuz oyundan öncə Bakı Metropoliteninə müraciət edərək, iş rejiminin saat 01:30-a qədər davam etməsi ilə bağlı razılıq əldə etmişdi. Saat 23:50-də başa çatan oyundan sonra saat 01:00-a qədər metronun giriş, 01:40-a qədər çıxış qapıları açıq olmuşdur.
Yaranmış anlaşılmazlıqla bağlı, bildiririk ki, metropolitenin mətbuat xidmətinin klubumuza verdiyi məlumata görə, giriş qapılarının saat 01.00-da bağlanmasına səbəb sərnişinlərin metroya gəlməməsi olmuşdur.
Klubumuz komandanın növbəti matçlarında da azarkeşlərin stadiona rahat gediş-gəlişi üçün lazımi tədbirlər görəcək”.