- Baxış sayı: 27
- 14 Noyabr 2024 23:46
- Baxış sayı: 53
- Noyabr 14, 2024
- 0
“Qəbələ” Avropa Klublar Assosiasiyasına üzv qəbul edilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan klubu 2017/18 mövsümündə qurumdakı üç təmsilçimizdən biri olacaq. “Neftçi” və “Qarabağ”ın tamhüquqlu üzv olduğu ECA-ya yeni daxil olan “Qəbələ” assosiativ statusu daşıyacaq.
Ümumilikdə isə 53 ölkədən 220 klubu birləşdirən qurumda 10 yeni komanda var. Bunlar “Qəbələ”, “Leypsiq” (Almaniya), “Latsio” (İtaliya), “La Fiorita” (San Marino), “Kayrat” (Qazaxıstan), “Kalyu” (Estoniya), “Vikinqur” (Farer adaları), “Krasnodar” (Rusiya), “Botev” (Bolqarıstan) və AEK (Kipr) klublarıdır. Yeni üzvlər, o cümlədən “Qəbələ” də İsveçrənin Cenevrə şəhərində təşkil olunan ECA-nın XIX Baş Assambleyasına qatılıb.
Bu gün başlayan tədbirdə həmin 10 klub digər üzvlərə təqdim olunub. Tədbirdə “Qəbələ”ni baş menecer Zaur Əzizov təmsil edir.