- Baxış sayı: 32
- 07 Noyabr 2025 17:25
- Baxış sayı: 34
- Noyabr 07, 2025
- 0

“Qəbələ” mövsümünün 2-ci hissəsinin hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 13-cü turunda, ötən ilin dekabrın 24-də “Səbail”ə qarşı oyunundan (3:1) sonra istirahətə buraxılan “qırmızı-qaralar”, dünən bir araya gəlib.
Komanda Qəbələdə başlayıb. Elmar Baxşıyevin komandası toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Yüngül çalışçalar olub. “Qırmızı-qaralar” bu gün 2 məşq edəcək.
Yanvarın 13-dək Qəbələdə məşq edəcək komanda hazırlığını Bakıda tamamlayacaq. “Qırmızı-qaralar” yanvarın 14-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq.