““Qəbələ” qələbəyə layiq idi”

“Qarabağ” ölkə kubokunun 1/4 finalının cavab oyununda səfərdə “Qəbələ”yə 0:1 uduzub (ilk oyun – 2:2). Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Qəbələ”ni təbrik edirəm. Düşünürəm ki, qələbəyə layiq idilər. Son matçlarda yaxşı performans göstərən bir komandaya qarşı oynayırdıq. Bu gün düşündüklərimiz çox da alınmadı. Buna rəqibin yaxşı oyunu təsir etdi.

Kubok oyunları həmişə fərqli olur. Bu gün də bunun şahidi olduq. Qarşıda bu il üçün bir matçımız var. Yaxşı performans göstərməyə çalışacağıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish