“Qəbələ”də 50-ci oyununa çıxıb

Allsport.az saytı xəbər verir ki, Ruan Renatonun yubileyi Azərbaycan kubokunun 1/4 finalına təsadüf edib. 28 yaşlı braziliyalı müdafiəçi “Qarabağ”la səfərdə baş tutan ilk matçda (2:2) meydana çıxıb.

2021-ci ilin yayında transfer olunan futbolçu, “Qəbələ”də keçirdiyi 50 görüşdə 2 qol vurub. O, premyer liqada 41 (2 qol), Azərbaycan kubokunda 7, konfrans liqasında 2 dəfə meydana çıxıb.

Renato “Qəbələ”də 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər oyununda debüt edib. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish