“Qəbələ”nin müdafiəçisi 6-aylıq sıradan çıxıb

“Qəbələ”nin 4 futbolçusu məşqdə iştirak etmir. Allsport.az saytı xəbər verir ki, premyer liqanın I turunda “Turan Tovuz”la oyununun hazırlığında zədələnən Rüfət Əhmədovun durumuna aydınlıq gəlib.

Müayinə olunan müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib. O, yaxın günlərdə əməliyyat olunacaq. Arxa xətt oyunçusu təxminən 6 ay meydanlardan kənar qalacaq.

Urfan Abbasov, Gülağa ƏsədovYaovi Akakpo isə proqram üzrə bərpanı davam etdirirlər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish