- Baxış sayı: 23
- 12 Fevral 2025 11:11
- Baxış sayı: 96
- Fevral 10, 2025
- 0
“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Afrika millətlər kubokunun seçmə mərhələsinin “D” qrupunun 3-cü turunda Qambiya ilə ev görüşdə iştirak edib.
Start heyətində meydana çıxan Atakora 58-ci dəqiqədə əvəzlənib. Toqo millisi bu ev oyununda 1 xalla kifayətlənib – 1:1. Qeyd edək ki, hesabında 2 xal olan “şahinlər” 4-cü pillədədir.