- Baxış sayı: 21
- 29 Sentyabr 2023 20:29
- Baxış sayı: 129
- Sentyabr 29, 2023
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer liqanın 20-ci turunun “Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin futbolçusu Merab Qiqauri “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Səbail” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.