“Qəbələ”nin ölümdən dönən futbolçusu məşqlərə başlayıb

Konfrans liqasının 2-ci ələməsində Macarıstanda “Fehervar”la ilk matçda zədələnən və dərhal xəstəxanaya aparılan “Qəbələ”nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.

Allsport.az saytı xəbər verir ki, dünən fərdi hazırlıq keçən müdafiəçi, bu gündən birgə çalışmalarda iştirak edir.

Digər zədəlilər – Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa keçirlər. Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish