- Baxış sayı: 31
- 06 Dekabr 2024 21:58
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
Bu gün – avqustun 20-də Avropa Liqasında pley-off mərhələsinə start veriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanın turnirdə 2 təmsilçisindən biri olan “Qəbələ” də Yunanıstanın “Panatinaikos” klubu ilə ilk oyuna çıxacaq.
Bununla da komanda turnirin qrup mərhələsinə vəsiqə verən pley-offda debüt edəcək. Bakıda “Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq. Cavab matçı avqustun 27-də Afinada olacaq.
“Qəbələ”də 2 cəzalı futbolçu var. Bunlar müdafiəçi Ürfan Abbasovla yarımmüdafiəçi Cavid Hüseynovdur. “Qəbələ”nin Avropa Liqasında son oyununda zədə üzündən meydana çıxmayan müdafiəçi Rikardinyo ilə yarımmüdafiəçi George Floresku isə sağalıblar.
Bakıdakı oyunu tanınmış ingiltərəli FİFA referisi Andre Marriner idarə edəcək. O, 2005-ci ildən İngiltərə Premyer Liqasının oyunlarına təyinat alır. Bu, Andrenin Azərbaycana ikinci səfəridir. İngiltərəli hakim DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Portuqaliya matçının baş hakimi olub. Qonaqların 2:0 hesablı qələbə qazandığı matçda Marriner millimizin 4 futbolçusuna sarı, Rauf Əliyevə birbaşa qırmızı vərəqə göstərib. Cavid Hüseynov həmin oyunda 90 dəqiqə meydanda olub.
İngiltərəli referiyə “Panatinaikos”un oyununu da idarə etmək nəsib olub. O, Çempionlar Liqasının 2011/12 mövsümünün III təsnifat mərhələsində Yunanıstan klubunun Danimarka “Odense”si ilə qarşılaşmasını idarə edib. Afinada keçirilən matçda yunanlar 3:4 hesabı ilə uduzublar.