- Baxış sayı: 33
- 01 Dekabr 2023 23:41
- Baxış sayı: 44
- Dekabr 01, 2023
- 0
Döyüşlərə ehtiyatda olan zabiq kimi könüllü qatılan “Qəbələ”nin prezidenti Fariz Nəcəfov qazandığımız böyük qələbə münasibəti ilə xalqı təbrik edib. Allsport.az saytı xəbər verir ki, o, Feysbuk səhifəsində fikrini belə çatdırıb:
“Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə ali baş komandan başda olmaqla xalqımızı təbrik edirəm. Bu qalibiyyətin qazanılmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm!
Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm! Tarixi zəfərin əldə olunmasında “hər şey cəbhə üçün” devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm! Qalib Azərbaycan xalqına eşq olsun!”.