- Baxış sayı: 31
- 04 Dekabr 2024 19:28
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
“Sabah” FİBA Avropa kubokunu növbəti oyununda ““Spiru”ya (Belçika)” məğlub olub – 68:78: Allsport.az xəbər verir ki, son ölkə çempionun baş məşqçisi Rimas Kurtinaytis oyunla bağlı bunu deyib:
“Yaxşı mübarizə apardıq. İlk hissə başa-baş getdi, 2-ci yarıda 5 top fərqi ilə üstün olduq. Təəssüf ki, növbəti periudlarda təşəbbüsü əldən verdik. Çox kobud səhvlər oldu. Mən belə top itkilərini heç zaman görməmişdim. Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik. Çox istəkli idik. Bəlkə də bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik.
Endər Poladxanlı və de Andrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Rəqib 11, biz 7 nəfərlə mübarizə aparırdıq. Yerli basketbolçularımızn əksəriyyətinin təcrübəsi yoxdur. Səviyyəli yerli oyunçu bizə çox lazımdır. İndi bu sarıdan çətinlik çəkirik. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm”.