- Baxış sayı: 41
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 47
- Dekabr 12, 2025
- 0

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem çempionlar liqasının III tur oyununda “Yuventus”la matç (1:0) barədə açıqlama verib.
Allsport.az xəbər verir ki, ingiltərəli futbolçu oyunda vurulan yeganə qolun müəllifi olması barədə bunu deyib:
“Bu, əla hissdir. Bir müddətdir qol vurmurdum. Bu turnirdə qələbə qolunu vurmaq inanılmazdır. Özümü rahat hiss edirdim, həqiqətən də yaxşı qol idi”.
2025/26 mövsümündə Bellingem yeddi matçda bir qol vurub.